Türkiyənin 23 vilayətində miqrant qaçaqmalçılarına qarşı əməliyyat keçirilib, 48 nəfər saxlanılıb


  • 14:56

Türkiyənin 23 vilayətində miqrant qaçaqmalçılarına qarşı genşmiqyaslı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Əməliyyatlar Jandarma Baş Komandanlığının Miqrant Qaçaqmalçılığı və İnsan Alveri ilə Mübarizə İdarəsi və Sahil Mühafizə Komandanlığının koordinasiyası ilə həyata keçirilib.

Əməliyyatlar zamanı pilotsuz uçuş aparatlarından istifadə edilməklə havadan müşahidə aparılıb. Eyni zamanda, əyalət jandarma qüvvələrinin ictimai asayiş, yol patrul və komando dəstələri tərəfindən yerüstü tədbirlər həyata keçirilib.

Ağrı, Ankara, Aydın, Balıkesir, Bitlis, Çanaqqala, Düzcə, Ədirnə, Ərzurum, Hatay, İzmir, Kırklareli, Kocaeli, Konya, Manisa, Muğla, Siirt, Sivas, Şanlıurfa, Şırnak, Tekirdağ, Tunceli və Van vilayətlərində keçirilən əməliyyatlar nəticəsində 48 nəfər saxlanılıb.

Saxlanılanlardan 31-i barəsində həbs qətimkan tədbiri seçilib, 17 nəfər barəsində isə şərti azadlığa buraxılıb.

Əməliyyatlar çərçivəsində, həmçinin 83 nəqliyyat vasitəsi, 18 qayıq və qayıq mühərriki müsadirə edilib.

Humay Eminqızı

Oxşar xəbərlər