- 16:21
Türkiyənin Diyarbəkir vilayətində plazada güclü yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Diyarbəkirin Kayapınar rayonunda yerləşən bir plazada naməlum səbəbdən yanğın başlayıb.
Hadisə yerinə çoxsaylı yanğınsöndürmə, polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Diyarbəkir Valisi Murat Zorluoğlu hadisə yerinə gələrək rəsmilərdən yanğınla bağlı məlumat aldılar.
5 nəfər tüstüdən zəhərlənib.
Plazada olan 8 nəfər təxliyə edilib.
Bir müddət sonra alov söndürülüb.
Yanğının səbəbi araşdırılır.
Humay Eminqızı