- 16:21
Ermənistanın Baş naziri Nikol Paşinyan Parlament kürsüsündən çıxış edərək respublikanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasının tərəfdarı olduğunu bildirib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir 2026-2031-ci illər üçün hökumət proqramını təqdim edərkən bildirib ki, ölkə qarşıdakı beş il ərzində KTMT-də fəaliyyətini aktivləşdirmək niyyətində deyil.
"Təşkilat Ermənistan Respublikasını Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından xaric etmək qərarına gəlsə, çox məmnun olardım. Ən azı bu, bizi təşkilatdan çıxıb-çıxmamaq dilemmasından azad edər",- deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistanın KTMT-yə marağı tükənib.
Humay Eminqızı