Ankarada iki nəfər kimyəvi maddədən zəhərlənib


  • 15:37

Türkiyənin Ankara şəhərinin Sincan rayonunda iki nəfər kimyəvi maddədən zəhərlənib.

E-huquq.az-ın “TRT Haber”ə istinadən verdiyi məlumata görə, kimyəvi maddədən zəhərlənən şəxslər Sincan Təlim və Araşdırma Xəstəxanasına yerləşdirilib.

Hadisədən sonra xəstəxananın təcili yardım şöbəsində ehtiyat tədbiri görülüb. Şöbədə müalicə alan xəstələr və onların yaxınları təhlükəsizlik məqsədilə binadan təxliyə edilib.

Zəhərlənməyə səbəb olan kimyəvi maddənin növü və hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, hadisə ilə bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər