Bursada 3 ərazidə meşə yanğını başlayıb


  • 15:49

Türkiyənin Bursa şəhərində meşə yanğını başlayıb.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Bursanın Kestel və Yıldırım rayonlarında üç fərqli meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.

Məlumat daxil olduqdan sonra Bursa Regional Meşəçilik İdarəsinin qrupları həmin ərazilərə göndərilib.

Yanğınlar 2 təyyarə, 4 helikopter, 8 yanğınsöndürmə maşını, 3 su daşıyan maşın, 6 operativ müdaxilə və xidmət avtomobili, 4 buldozer və 92 nəfərlik heyətin müdaxiləsi nəticəsində nəzarət altına alınıb.

Ərazidə soyutma işləri davam edir.

Humay Eminqızı

Oxşar xəbərlər