Macarıstanda qırıcı təyyarə qəzaya uğrayıb, pilot sağ qalıb


  • 15:52

Macarıstanın Hərbi hava Qüvvələrinə məxsus "Gripen" tipli hərbi qırıcı təyyarə ölkənin mərkəzində yerləşən Solnok şəhəri yaxınlığında qəzaya uğrayıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Peter Madyar məlumat verib.

Pilot katapult sistemindən istifadə edərək təyyarədən təhlükəsiz şəkildə ayrılıb.

Qəzanın səbəbi hələlik məlum deyil. Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmaya başlanılıb.

Baş nazir bildirib ki, hadisə nəticəsində xəsarət alan şəxsin olmayıb və mülki infrastruktura ziyan dəyməyib.

Macarıstanın müdafiə naziri Romulusz Ruszin-Szendi isə hadisə yerinə yola düşüb.

Humay Eminqızı

Oxşar xəbərlər