Rusiya sutka ərzində Ukraynaya məxsus 988 PUA vurub


  • 16:00

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 988 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 17 idarə olunan aviabomba, 3 ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəşi sistemlərindən buraxılmış raket, 11 ədəd uzaqmənzilli “Flaminqo” qanadlı raket da məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 218 809 pilotsuz uçuş aparatı (PUA), 70 068 ədəd xüsusi hərbi avtomobil texnikası, 36 255 səhra artilleriya qurğusu və minaatan, 30 710 ədəd tank və digər zirehli döyüş texnikası, 1 775 ədəd raket əleyhinə müdafiə sistemi, 674 təyyarə, 669 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər