Son dörd gündə Brüsseldə dörd silahlı hücum həyata keçirilib


  • 15:58

Son dörd gün ərzində Belçikanın paytaxtı Brüsseldə dörd silahlı hücum həyata keçirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Brüsselin Saint-Gilles rayonunda yerli vaxtla saat 02:40 radələrində silahlı hücum baş verib.

Hadisə nəticəsində xəsarət alan bir nəfər xəstəxanaya aparılıb.

Polis iki şübhəlinin saxlanıldığını açıqlayıb.

Bu, son dörd gün ərzində baş verən dördüncü silahlı hücumdur.

Avqustun 21-i axşam saatlarında Brüsselin Anderlext bələdiyyəsindəki polis bölməsinə də uzun lüləli silahdan atəş açılıb. Polis hücum nəticəsində ölən və ya yaralanan olmadığını, lakin polis bölməsiin fasadında çoxsaylı güllə izlərinin aşkar edildiyini bildirib.

Avqustun 22-də Sen-Jil (Saint-Gilles) bələdiyyəsində də silahlı hücum baş verib. Hadisə zamanı 1 nəfər ayağından xəsarət alıb.

Dünən səhər yerli vaxtla saat 07:00 radələrində həmin bələdiyyədə yenidən atəş səsləri eşidilib və güllələrdən biri ərazidə yerləşən evlərdən birinin pəncərəsinə dəyib. Hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Humay Eminqızı

Oxşar xəbərlər