- 16:13
"Bu il Rusiya ilə Hindistan arasında ticarət dövriyyəsi artıb".
E-huquq.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bu barədə Hindistanın XİN başçısı Subramanyam Cayşankarla Kremldə keçirilən görüş zamanı məlumat verib.
"Məmnuniyyətlə qeyd edirəm ki, bu il ticarət dövriyyəmiz artıb. Ötən il bir qədər azalma müşahidə olunsa da, hazırda artım baş verir", - deyə Rusiya dövlət başçısı bildirib.
Putin vurğulayıb ki, Hindistanın xarici işlər nazirinin Moskvaya hazırki səfəri Rusiya ilə Hindistan arasında onilliklər ərzində formalaşmış münasibətlərin səviyyəsini bir daha nümayiş etdirir.
O əlavə edib ki, əməkdaşlıq demək olar ki, bütün istiqamətlər üzrə aparılır. Buraya hökumətlər, parlamentlər və iqtisadi fəaliyyət iştirakçıları səviyyəsində əməkdaşlıq da daxildir.
Humay Eminqızı