Venesuelada zəlzələ nəticəsində 6509 nəfər ölüb


  • 12:30

Venesuelada iyunun 24-də baş vermiş iki güclü zəlzələ nəticəsində həyatını itirənlərin sayı 6 509 nəfərə yüksəlib.

E-huquq.az xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes sosial şəbəkə hesabında məlumat yayıb.

Açıqlamada yaralananların sayının 226 696 nəfərdən çox olduğu qeyd olunub.

Axtarış-xilasetmə işləri zamanı 6 462 nəfər xilas edilib.

25 mindən çox evə ciddi ziyan dəyib.

Qeyd edək ki, iyunun 24-də Venesuelada 39 saniyə fasilə ilə 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ baş vermişdi.

Humay Eminqızı

Oxşar xəbərlər