- 12:30
Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində Rusiyanın Belqorod vilayətinə 114 dəfə hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Aleksandr Şuvayev məlumat yayıb.
Hücum nəticədə 3 nəfər həlak olub, 4 nəfər isə xəsarət alıb.
Zərbələr Borisov, Valuyki, Volokonovka, Qrayvoron, İvnya, Krasnaya Yaruqa, Rakitnoye və Şebekino ərazilərinə endirilib.
Bundan əlavə, son 24 saat ərzində Ukraynaya məxsus 157 pilotsuz uçuş aparatı vurulub və ya zərərsizləşdirilib.
Şuvayev bildirib ki, avqustun 13-də Qrayvoron rayonunda Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində ağır xəsarət almış bir qadın da xəstəxanada dünyasını dəyişib.
Humay Eminqızı