Krımda İkinci Dünya Müharibəsi dövrünə aid bomba tapılıb


  • 15:08

Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasında İkinci Dünya Müharibəsi dövrünə aid bomba aşkar edilərək zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional Baş İdarəsi "Telegram" kanalının məlumat yayıb.

Partlayıcı qurğu Kerç şəhərində qazıntı işləri zamanı aşkar edilib.

Bombanın Almaniya istehsalı və 250 kq olduğu bildirilib.

Partlayış təhlükəli predmet xüsusi poliqona daşınıb və burada təhlükəsizlik qaydalarına və ehtiyat tədbirlərinə tam riayət edilməklə məhv edilib.

Bununla əlaqədar Kerç şəhəri yaxınlığında 12 küçənin sakinlərinə əvvəlcədən məlumat verilib və 223 nəfər təxliyə edilib.

Humay Eminqızı

Oxşar xəbərlər