Əli Nikzad: "İran xalqı düşmənlərini cəzalandıracaq"


  • 15:16

"ABŞ-nin İrana qarşı iqtisadi təzyiqləri ölkə əhalisinin yaşayış səviyyəsinə mənfi təsir göstərərsə, ABŞ və onunla əməkdaşlıq edən ölkələrin iqtisadi maraqları təhlükə ilə üzləşə bilər".

E-huquq.az İranın ISNA xəbər agentliyinə istinadən xəbər verir ki, bunu İran parlamentinin sədr müavini Əli Nikzad deyib.

Nikzad parlamentin açıq iclasında çıxışı zamanı ABŞ-nin İrana qarşı tətbiq etdiyi iqtisadi təzyiq siyasətini tənqid edib. O bildirib ki, rəsmi Tehran bu siyasət qarşısında geri çəkilməyəcək və ölkənin milli təhlükəsizliyi ilə maraqlarını müdafiə edəcək.

"Xülyalara qapılmış düşmənlərimiz tam iqtisadi blokadadan danışırlar. Lakin ABŞ anlamalıdır ki, İran xalqı bu təzyiqlərə boyun əyməyəcək, eyni zamanda düşmənlərini cəzalandıracaq və onların iqtisadi maraqlarını ciddi təhlükə altına atacaq", – deyə Nikzad bildirib.

İran parlamentinin sədr müavini əlavə edib ki, ölkə iqtisadiyyatına və xalqın dolanışığına təzyiqlər artırılarsa, rəsmi Tehran bu siyasətə qarşı sərt addımlar atacaq.

"Əgər İran xalqının dolanışığı və iqtisadiyyatı daha da sıxışdırılarsa, biz xalqımızın düşmənlərinin və ya onlarla əməkdaşlıq edən ölkələrin rifah içində yaşamasına imkan verməyəcəyik", - deyə Nikzad qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər