- 16:10
Kolumbiyada yaşayış icazəsi olmayan minlərlə qeyri-qanuni miqrantın ölkədən çıxarılması planlaşdırılır.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Abelardo de la Espriella məlumat verib.
Dövlət başçısı bildirib ki, polis dəstəyi ilə həyata keçiriləcək əməliyyatların yaxın günlərdə başlanması nəzərdə tutulur. Onun sözlərinə görə, ilk mərhələdə cinayət törətmiş miqrantlar, daha sonra isə ölkədə hüquqi statusu olmayan şəxslər müəyyən edilərək deportasiya olunacaq.
"Haradan gəlmələrindən asılı olmayaraq, heç bir qeyri-qanuni miqrantı qəbul etməyəcəyik Onlar ölkəni tərk edəcək və deportasiya olunacaqlar. Bunun siyasi məsuliyyətini öz üzərimə götürürəm”, - deyə De la Espriella bildirib.
Kolumbiyada yaşayan miqrantların böyük hissəsini qonşu Venesueladan gələn şəxslər təşkil edir. Birləşmiş Millətlər Təşkilatının məlumatlarına əsasən, avqust ayına olan göstəricilərə görə, ölkədə təxminən 2,8 milyon venesuelalı yaşayırdı.
Məlumata görə, onların təxminən 850 mini Kolumbiyada qanuni statusa malik olmayan miqrantlardır.
Humay Eminqızı