Peskov: "Rusiya xüsusi hərbi əməliyyatda qələbəyə əmindir"


  • 15:43

"Rusiya xüsusi hərbi əməliyyatda qələbə qazanacağına əmindir".

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Əmin edə bilərəm ki, biz təkcə ümid etmirik, bu qələbənin əldə olunacağına əminik" - deyə Peskov bildirib.

Onun sözlərinə görə, qələbənin hansı vasitələrlə əldə ediləcəyi məsələsi mövcud vəziyyətdən asılı olacaq.

Peskov Rusiyanın sülh yolu ilə nizamlanma variantlarına açıq olduğunu da vurğulayıb.

"Rusiya sülh yolu ilə nizamlanma variantlarına açıq olaraq qalır, lakin belə imkanların olmadığı şəraitdə biz xüsusi hərbi əməliyyatı davam etdiririk", – deyə Kremlin sözçüsü qeyd edib.

Humay Eminqızı

Oxşar xəbərlər