- 16:27
Türkiyənin 4 vilayətində İŞİD terror təşkilatının maliyyə şəbəkəsinə qarşı əməliyyat keçirilib.
E-huquq.az-ın "TRT Haber"ə istinadən verdiyi xəbərə görə, əməliyyat İstanbul Baş Prokurorluğunun İŞİD-lə bağlı apardığı istintaq çərçivəsində həyata keçirilib.
İstintaq zamanı münaqişə zonalarında həlak olan təşkilat üzvlərinə maliyyə dəstəyi göstərdiyi və İŞİD adından vəsait topladığı müəyyən edilən Sərdar Soylu, həmçinin təşkilatla əlaqəli pul köçürmələri həyata keçirdiyi aşkarlanan digər şəxslər müəyyənləşdirilib.
Barələrində həbs qərarı çıxarılan 15 şübhəlinin saxlanılması məqsədilə İstanbul, Kocaeli, Adana və Adıyamanda eyni vaxtda əməliyyat keçirilib. Əməliyyat nəticəsində 14 şübhəli saxlanılıb. Əməliyyat çərçivəsində ümumilikdə 20 ünvanda axtarış aparılıb.
Axtarışlar zamanı çoxsaylı rəqəmsal material və sənədlər müsadirə edilib.
Əməliyyat nəticəsində 14 şübhəli saxlanılıb. Azadlıqda olan və barəsində axtarış elan edilən digər şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Humay Eminqızı