- 16:27
Türkiyənin Kayseri şəhərində ağır yol qəzası baş verib.
E-huquq,az "TRT haber2ə istinadən xəbər verir ki, Kayserinin Melikqazi rayonunda sərnişin avtobusu ilə benzin daşıyan tanker toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində 38 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxsaylı təcili tibbi yardım, polis və yanğınsöndürmə briqadaları cəlb edilib.
Qəza nəticəsində xəsarət alan 38 nəfər şəhərdəki müxtəlif xəstəxanalara aparılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilib.
Qəzanın səbəbi araşdırılır.
Humay Eminqızı