Qəzzada ölənlərin sayı açıqlandı


  • 16:00

İsrail ordusunun Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 73 431-ə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzzaı Səhiyyə Nazirliyi açıqlama yayıb.

Məlumata görə, atəşkəs razılaşmasına baxmayaraq, son 24 saat ərzində İsrailin həyata keçirdiyi hücumlarda altı nəfər həlak olub, 36 nəfər isə yaralanıb.

Dağıntılar altından bir nəfərin cəsədi çıxarılıb, əvvəlki hücumlarda yaralanan iki nəfər isə aldıqları xəsarətlər səbəbindən dünyasını dəyişib.

Bildirilib ki, Qəzzada atəşkəsin qüvvəyə mindiyi 10 oktyabr tarixindən bəri İsrailin hücumları nəticəsində 1296 nəfər həyatını itirib, 4296 nəfər yaralanıb, həmçinin dağıntılar altından 814 nəfərin cəsədi çıxarılıb.

Bununla da 2023-cü ilin oktyabr ayından etibarən İsrailin Qəzza zolağına hücumları nəticəsində həyatını itirənlərin ümumi sayı 73 431-ə, yaralananların sayı isə 174 437-yə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər