"Bu, Rusiya üçün qəbuledilməzdir" - Peskov


  • 16:10

"Rusiya NATO ölkələrinin hərbi kontingentlərinin Ukrayna ərazisində yerləşdirilməsini qəbuledilməz hesab edir".

E-huquq.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.

Kremlin sözçüsü münaqişə başa çatdıqdan sonra Ukraynaya çoxmillətli hərbi qüvvələrin yerləşdirilməsi ilə bağlı “İstəklilər koalisiyası”nın planlarını şərh edib.

Peskov bildirib ki, NATO-ya üzv ölkələrin hərbi kontingentlərinin Ukraynada yerləşdirilməsi ilə bağlı niyyətlər ilk dəfə səsləndirilmir. Onun sözlərinə görə, bu planların “"münaqişə bitdikdən sonra" həyata keçirilməsi nəzərdə tutulsa da, Moskva bu məsələdə mövqeyini dəfələrlə açıqlayıb.

"Şimali Atlantika Alyansına üzv ölkələrin xarici hərbi kontingentlərinin Ukrayna ərazisində yerləşdirilməsi bizim üçün qəbuledilməzdir”, - deyə Peskov vurğulayıb.

O əlavə edib ki, Rusiya bu mövqeyini müxtəlif səviyyələrdə dəfələrlə ifadə edib.

Humay Eminqızı

Oxşar xəbərlər