İzmirdə terrorçuluğu təbliğ edən 26 nəfər saxlanılıb


  • 17:18

Türkiyənin İzmir şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat nəticəsində 26 nəfər saxlanılıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İzmir Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində İŞİD-in təbliğatını apardıqları və daha əvvəl bu terror təşkilatının adından fəaliyyət göstərdikləri müəyyən edilən 27 şübhəli barədə həbs qərarı çıxarılıb.

Əməliyyat zamanı 26 şübhəli saxlanılıb.

Şübhəlilərin yaşadığı və istifadə etdiyi ünvanlarda aparılan axtarışlar zamanı çoxsaylı rəqəmsal materiallar, həmçinin geri çağırılması barədə qərar verilmiş kitablar aşkarlanaraq götürülüb.

Hazırda axtarışda olan digər şübhəlinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Humay Eminqızı

Oxşar xəbərlər