- 17:18
İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard Avropa İttifaqı (Aİ) ölkələrinin Ukraynaya göstərdiyi yardımın azalmasından məyus olduğunu bildirib.
E-huquq.az xəbər verir ki, nazir bu barədə “Euractiv”ə açıqlamasında danışıb.
Stenerqard qeyd edib ki, Ukraynaya göstərilən ikitərəfli yardımın azalması və Aİ ölkələrinin əsas dəstək mexanizmi kimi getdikcə daha çox ittifaqın kredit imkanlarını önə çəkməsi onu məyus edir.
Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl ölkəsinin ordusunun maliyyələşdirilməsində yaranan çatışmazlığı problem kimi qiymətləndirib. O, Aİ-dən milyardlarla avro həcmində yeni maliyyə yardımı gözlədiklərini bildirib.
Zelenskinin sözlərinə görə, Kiyev Avropadan 30 milyard avro vəsait gözləyir. O, həmçinin Ukrayna Müdafiə Nazirliyinin büdcəsində hazırda 27 milyard dollar çatışmazlıq olduğunu qeyd edib.
Humay Eminqızı