Türkiyənin iki vilayətində zəlzələ oldu


  • 25 Avqust 23:22

Türkiyənin Adıyaman vilayətinin Sincik rayonunda 4,2 maqnitudalı zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb

Zəlzələ yerli vaxtla saat 21:43-də qeydə alınıb.

Yeraltı təkanların ocağı 7 kilometr dərinlikdə olub.

İkinci zəlzələ isə Malatya vilayətinin Yeşilyurt rayonunda qeydə alınıb.

Zəlzələ 4,1 maqnituda gücündə olub.

Oxşar xəbərlər