Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 331 nəfərə çatıb


  • 10:09

Kolumbiyanın qərbində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 331 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə Kolumbiyanın Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Bölməsi (UNGRD) məlumat yayıb.

tƏBİİ Fəlakət nəticəsində 4 439 nəfər xəsarət alıb, 240 nəfər itkin düşüb.

Dağıntılar altında qalan 364 nəfərin isə xilas edildiyi bildirilib.

Xatırladaq ki, avqustun 10-da Çoko departamentindəki San-Xose-del-Palmar şəhərində 7,4 bal gücündə zəlzələ baş verib.

Humay Eminqızı

Oxşar xəbərlər