- 11:37
Rusiyada Amur qaz-kimya kompleksinin tikinti meydançasında baş verən yanğında ölənlərin sayı 7 nəfərə çatıb.
E-huquq.az Rusiya KİV-ə istinadən xəbər verir ki, həyatını itirənlər arasında Çin vətəndaşları da olub.
Hadisə nəticəsində 152 nəfər xəsarət alıb. 122 nəfərin xəsarətləri yüngül qiymətləndirilib. 6 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.
9 Çin vətəndaşı itkin düşüb.
Tikinti sahəsində axtarış-xilasetmə işləri davam edir.
Məlumata görə, hazırda yanğının ocağı lokallaşdırılıb.
Kompleksin əsas avadanlıqlarına ziyan dəymədiyi bildirilib.
Humay Eminqızı