- 11:35
Pakistanın paytaxtı İslamabadda yerləşən xəstəxananın yenidoğulmuşlar şöbəsində güclü yanğın baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə “Geo News” kanalı məlumat yayıb.
Məlumata görə, Tibb Elmləri İnstitutunda yerləşən yenidoğulmuşlar şöbəsində yanğın yerli vaxtla saat 06:45-də başlayıb.
Hadisəyə səbəb kondisionerin kompressorunun partlaması olub.
Nəticədə 15 körpə həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Humay Eminqızı