Qəzzada ölənlərin sayı 73 438 nəfərə çatıb


  • 13:05

Son 24 saat ərzində İsrail ordusunun Qəzza zolağında atəşkəsi pozması nəticəsində 7 nəfər ölüb, 10 nəfər yaralanıb.

E-huquq.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atəşkəs qüvvəyə mindikdən bəri ölənlərin sayı 1 303 nəfərə, yaralananların sayı isə 4 336 nəfərə çatıb.

Dağıntılar altından 814 nəfərin cəsədi çıxarılıb.

İsrailin 2023-cü ilin oktyabrından Qəzza zolağına hücumları nəticəsində ölənlərin ümumi sayı 73 438 nəfərə, yaralananların sayı isə 174 447 nəfərə çatıb.

Humay Eminqızı

Oxşar xəbərlər