Yük maşınındakı çəlləkdən kimyəvi maddə sızdı, 2 nəfər zəhərləndi


  • 15:11

Türkiyənin Sakarya vilayətində bədbəxt hadisə baş verib.

E-huquq.az "TRT haber"ə istinadən xəbər verir ki, Sakaryanın Hendek rayonunda yük maşınındakı çəlləklərdən kimyəvi maddə sızması nəticəsində iki nəfər zəhərlənərək xəstəxanaya yerləşdirilib.

Hadisə Kocaelidən Zonguldaka xlorid turşusu (duz turşusu) daşıyan yük maşınında baş verib.

Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım, yanğınsöndürmə, polis, jandarma və AFAD qrupları cəlb edilib.

Kimyəvi maddənin sızması zamanı ərazidə olan Bedirhan Gürsel və Serkan Akdeniz maddənin təsirinə məruz qalıblar. Onlar ilkin olaraq Hendek Dövlət Xəstəxanasına çatdırılıb, daha sonra müalicələrinin davam etdirilməsi üçün Sakarya Tədris və Araşdırma Xəstəxanasına köçürülüblər.

Hazırda ərazidə xüsusi qruplar tərəfindən təmizləmə işləri aparılır. Təhlükəsizlik məqsədilə yerli sakinlərə küçəyə çıxmamaq və ərazidən uzaq durmaq barədə xəbərdarlıq edilib.

Humay Eminqızı

Oxşar xəbərlər