Türkiyədə ağır yol qəzasında 2 polis əməkdaşı yaralanıb


  • 15:20

Türkiyənin Bartın vilayətində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Bartında polis avtomobili ilə minik avtomobilinin toqquşması nəticəsində iki polis əməkdaşı xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb edilib.

Polis əməkdaşları tibb qrupları tərəfindən Bartın Dövlət Xəstəxanasına aparılıblar.

Qəza ilə bağlı araşdırma aparılır.

Humay Eminqızı

Oxşar xəbərlər