- 16:09
İran tərəfindən həyata keçirilən hücumlar Yaxın Şərqdəki ABŞ kəşfiyyat obyektlərinə və avadanlıqlarına milyardlarla dollar dəyərində ziyan vurub.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, İranın pilotsuz uçuş aparatları və raketlərlə həyata keçirdiyi hücumlar ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi və digər kəşfiyyat bölmələri tərəfindən Yaxın Şərqdə istifadə olunan bəzi bina və avadanlıqlara ziyan vurub.
Həmin bina və avadanlıqların təmirinin və ya yenilənməsinin milyardlarla dollara başa gələcəyini iddia edilir.
CNN-in peyk görüntülərinə, ziyanın qiymətləndirilməsi ilə bağlı hesabatlara, həmçinin ABŞ və Körfəz regionundakı mənbələrə istinadən hazırladığı hesabatda qeyd olunub ki, fevralın 28-dən bəri həyata keçirilən İran hücumları nəticəsində Yaxın Şərqdəki azı 16 ABŞ hərbi bazası müxtəlif dərəcədə ziyan görüb.
İranla müharibənin ümumi dəyərinin azı 50 milyard dollar təşkil etdiyi ehtimal edilir.
Humay Eminqızı