- 16:33
Ukrayna Prezidenti Volodimir Zelenski “Tesla” və “Space X” şirkətinin rəhbəri İlon Maskı təltif edib.
E-huquq.az xəbər verir ki, bu barədə “UNİAN” məlumat yayıb.
Məlumata görə, Mask "Azadlıq Ordeni" ilə təltif olunub.
Zelenski onu insan həyatının və azadlıqlarının qorunmasında, Ukrayna və ABŞ xalqları arasındakı əlaqələrin inkişafında mükəmməl şəxsi müvəffəqiyyətlərə görə təltif edib.
Humay Eminqızı