Polşa ABŞ-dən F-15 qırıcıları almağı planlaşdırmır


  • 15:46

Polşa ABŞ-dən F-15EX qırıcı təyyarələri almağı planlaşdırmır.

E-huquq.az xəbər verir ki, bu barədə Polşanın Müdafiə Nazirliyi "Defence24" portalına açıqlamasında bildirib.

"Polşa Respublikasının Silahlı Qüvvələri F-15EX təyyarələri almağı planlaşdırmır. ABŞ tərəfinin F-15 proqramı ilə bağlı dərc etdiyi çərçivə müqaviləsində Polşanın adının çəkilməsi ölkənin bu təyyarələrin alınması ilə bağlı qərar qəbul etdiyi və ya satınalma prosesinə başladığı anlamına gəlmir", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, Pentaqonun avqustun 24-də "Boeing" şirkəti ilə F-15 qırıcılarının təchizatı və texniki xidmətinin göstərilməsi ilə bağlı bağlanmış çərçivə müqaviləsi barədə yaydığı açıqlamada Polşa bu təyyarələrin potensial alıcıları sırasında göstərilmişdi.

Polşa Müdafiə Nazirliyi isə ölkənin F-15EX-lərin alınması ilə bağlı hər hansı qərar vermədiyini açıqlayıb.

Humay Eminqızı

Oxşar xəbərlər