- 16:33
Fransanın paytaxtı Parisdə yerləşən yanğınsöndürmə məntəqələrində oğurluq hadisələri baş verib.
E-huquq.az Fransa mətbuatına istinadən xəbər verir ki, bu ay Rona (Rhône) departamentindəki dörd, İzer (Isère) departamentindəki isə bir yanğınsöndürmə məntəqəsində oğurluq hadisəsi baş verib.
Məntəqələrdən qəza zamanı nəqliyyat vasitələrində sıxışıb qalan şəxslərin xilas edilməsi üçün istifadə olunan hidravlik xilasetmə qayçıları oğurlanıb. Bu avadanlıqlar yanğınsöndürənlərin təcili xilasetmə əməliyyatlarını həyata keçirməsi üçün həyati əhəmiyyət daşıyır. Oğurluq hadisələri ilə bağlı araşdırmalara başlanılıb.
Bundan əlavə, ölkədə hökm sürən həddindən artıq isti hava meşə yanğınları riskini artırıb. Bu il Fransada meşə yanğınları nəticəsində 117 min hektar ərazi yanaraq külə dönüb.
Mövcud vəziyyət fonunda yanğınsöndürənlər iş şəraitinin yaxşılaşdırılmasını, resursların və şəxsi heyətin artırılmasını tələb edirlər. Onlar sentyabrın 29-da Parisdə etiraz aksiyası keçirməyi planlaşdırırlar.
Humay Eminqızı