Ramzan Kadırovun oğlu medalla təltif olunub


  • 16:09

Rusiyanın Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun oğlu Adam Kadırov təltif edilib.

E-huquq.az xəbər verir ki, bu barədə regionun rəhbəri məlumat verib.

A. Kadırov Abxaziyanın Müdafiə Nazirliyi tərəfindən "Döyüş əməkdaşlığına görə" medalı ilə təltif edilib.

Mükafat ona taktiki atıcılıq üzrə beynəlxalq açıq çempionatın mükafatlandırma mərasimində Abxaziyanın ədliyyə nazirinin müavini Ruslan Laqvilava tərəfindən təqdim edilib.

Çempionatda Rusiya regionları, Belarus, BƏƏ, Oman, Qətər, Vyetnam, Tacikistan və Abxaziyadan olan 41 komanda tərkibində ümumilikdə 328 əməkdaş iştirak edib.

Humay Eminqızı

Oxşar xəbərlər