Nepalda baş verən güclü daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 150 nəfəri ötüb.
E-huquq.az xəbər verir ki, yüzlərlə turistin itkin düşdüyü bildirilir.
Nepalın Turizm İdarəsinin məlumatına görə, itkin düşən turistlər arasında Hindistandan 100, ABŞ-dan 54, Böyük Britaniyadan 33 və Nepalın özündən 100-dən çox şəxs var.
***
16:33
Nepalın dağlıq Rasuva rayonunda Bxote-Koşi çayında suyun səviyyəsinin qalxması səbəbindən baş vermiş güclü daşqın nəticəsində ölənlərin sayı azı 16 nəfərə çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə “India TV” telekanalı məlumat yayıb.
İlkin məlumatlara görə, təxminən 1 000 nəfər su axınlarının təsirinə məruz qalaraq itkin düşmüş ola bilər.
Axtarış-xilasetmə işləri davam etdiyinə görə zərərçəkənlərin dəqiq sayı hələlik məlum deyil.
Hazırda fəlakət bölgələrində 20 nəfər xilas edilib. Əməliyyata ümumilikdə 15 helikopter cəlb olunub.
Xüsusilə su elektrik stansiyalarının obyektlərinə ciddi ziyan dəydiyi bildirilir.
Humay Eminqızı
