İran və Oman Hörmüz boğazı barədə razılığa gəliblər


  • 17:25

İran və Oman Hörmüz boğazında gəmiçilikdən əldə olunan gəlirlərin bölüşdürülməsi barədə razılığa gəliblər.

E-huquq.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndəsi Hüseyn Möhibi bildirib.

"Danışıqlar zamanı iki ölkənin boğazın sularındakı payı, eləcə də İran və Omanın gəlirlərdəki payı ilə bağlı razılaşmalar əldə olunub”, - deyə nümayəndə bildirib.

O, həmçinin vurğulayıb ki, Hörmüz boğazı İran və Omana məxsusdur. ABŞ daha əvvəl əldə olunmuş razılaşmalara əməl edəcəyi təqdirdə su yolu açıq olacaq.

Humay Eminqızı

Oxşar xəbərlər