- 26 Avqust 23:56
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Tani sabah Tehrana səfər edəcək.
E-huquq.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, səfər İran-Qətər arasında ikitərəfli əlaqələrin genişləndirilməsi, eləcə də regionda sülh və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədilə aparılan davamlı məsləhətləşmələr çərçivəsində baş tutacaq.
Bəqai son aylarda ABŞ və İsrailin İrana hücumlarından sonra Qətərin regionda gərginliyin daha da artmasının qarşısının alınması istiqamətində göstərdiyi səylərə də toxunub.
İran XİN sözçüsü qeyd edib ki, Qətərin Baş naziri Tehranda İran rəsmiləri ilə görüşlər zamanı ölkəsinin vasitəçilik səyləri və təşəbbüslərinin davam etdirilməsi, eləcə də regionda baş verən digər hadisələr barədə müzakirələr aparacaq və fikir mübadiləsi edəcək.