Nepalda daşqın nəticəsində 826 nəfər itkin düşüb


  • 09:55

Çin ilə Nepal arasındakı sərhəd məntəqəsində daşqın nəticəsində 466-sı əcnəbi vətəndaş olmaqla ümumilikdə 826 nəfər itkin düşüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, axtarış-xilasetmə əməliyyatları zamanı 165 nəfərin cəsədi aşkarlanıb.

Səhər Nepal ordusu tərəfindən aparılan xilasetmə əməliyyatı zamanı 116 nəfər təxliyə edilib. Xilas edilənlər arasında 95 Nepal və 21 Hindistan vətəndaşı var. Ötən axşam isə 250 nəfərin xilas edilib.

"Dronlardan istifadə etməklə bütün rayonlar üzrə məlumatların toplanması yekun mərhələdədir və bu, xilasetmə əməliyyatları ilə yardımların mümkün qədər dəqiq və səmərəli həyata keçirilməsinə kömək edəcək", – deyə hökumət başçısı qeyd edib.

Daşqınlar Nepalın infrastrukturuna azı 200 milyard Nepal rupisi (1,3 milyard ABŞ dolları) məbləğində ziyan vurub. Ziyanın əsasən yollara və körpülərə dəydiyi qeyd edib. KİV-in məlumatına görə, azı 22 körpü uçurub.

Ölkənin Energetika Nazirliyinin məlumatına əsasən, Nepalın şimal hissəsini vuran daşqınlar 14 su-elektrik stansiyasına ziyan vurub.

Humay Eminqızı

Oxşar xəbərlər