Rusiya Ukraynaya məxsus 267 PUA-nı məhv edib


  • 10:33

Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 267 ədəd pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Gecə ərzində hava hücumundan müdafiə qüvvələri Belqorod, Bryansk, Kursk, Volqoqrad, Voronej, Lipetsk, Nijni Novqorod, Rostov, Samara, Saratov və Ulyanovsk vilayətləri, Krasnodar diyarı, Başqırdıstan və Krım respublikaları, həmçinin Azov və Qara dənizlərin akvatoriyası üzərində Ukraynaya məxsus 267 ədəd qanadlı pilotsuz uçuş aparatını ələ keçirərək məhv edib”, - məlumatda deyilib.

Humay Eminqızı

Oxşar xəbərlər