- 11:40
Yaponiyalı rəssam Yayoi Kusama 97 yaşında vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə onun studiyası məlumat yayıb.
"Dərin hüznlə bildiririk ki, Yayoi Kusama 14 avqust 2026-cı ildə Tokiodakı xəstəxanada 97 yaşında vəfat edib", - deyə məlumatda bildirilir.
Kusama Yaponiya müasir incəsənətinin dünyada ən görkəmli və tanınmış simalarından biridir. 1929-cu ildə Matsumoto şəhərində anadan olan sənətkar ilk əsərlərini Yaponiyada yaradıb. O, 1957-ci ildə ABŞ-yə köçüb və orada müxtəlif janrlarda fəaliyyət göstərib. Kusama 1973-cü ildə Yaponiyaya geri qayıdıb. O, hallüsinasiyaların təsiri altında yaratdığı nöqtəli naxışlarla bütün dünyada məşhurdur. Onun əsərləri mütəmadi olaraq dünyanın müxtəlif yerlərində sərgilənir və 2017-ci ildə Tokioda onun yaradıcılığına həsr olunmuş muzey açılıb.
Humay Eminqızı