Rusiya Ukraynada neft emalı obyektlərinə zərbələr endirib


  • 10:51

Rusiya Silahlı Qüvvələri Kiyevdə və Ukraynanın digər beş şəhərində neft emalı obyektlərinə və logistika mərkəzlərinə zərbələr endirdi.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Bu gün gecə Rusiya Federasiyasının Silahlı Qüvvələri tərəfindən qurudan, havadan və dənizdən yüksək dəqiqlikli silahlarla, həmçinin pilotsuz uçuş aparatları ilə Ukraynaya kütləvi zərbə endirilib. Nəticədə Ukraynanın hərbi-sənaye kompleksi, metallurgiya və neft emalı sənayesi obyektləri, eləcə də Kiyev, Borispol, Zaporojye, Kremençuq, Krivoy Roq və İliçovka şəhərlərində logistika mərkəzləri vurulub”, - deyə nazirlikdən bildirilib.

Bundan əlavə, Rusiya qüvvələri Odessa, Çornomorsk və Reni limanlarında hərbi yüklərin və yanacağın daşınması üçün istifadə olunan infrastruktur obyektlərinə zərbələr endirib. Odessa bölgəsindəki limanların fəaliyyətini təmin edən enerji obyektləri də vurulub.

Humay Eminqızı

Oxşar xəbərlər