Hindistan XİN BRİKS sammitində müzakirə olunacaq mövzuları açıqlayıb


  • 11:08

Davamlı inkişaf, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qlobal çağırışlar sentyabrın 12-13-də Yeni Dehlidə keçiriləcək 18-ci BRİKS sammitinin əsas müzakirə mövzuları olacaq.

E-huquq.az xəbər verir ki, bu barədə BRİKS-ə sədrlik edən Hindistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, sammitdə BRİKS-ə üzv və tərəfdaş ölkələrin liderləri, eləcə də “autriç” formatında dəvət olunan digər dövlətlərin nümayəndələri iştirak edəcəklər.

Görüş zamanı liderlər BRİKS çərçivəsində əməkdaşlığın genişləndirilməsi, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Məlumata əsasən, Hindistanın bu il BRİKS-ə sədrliyi dövründə ölkənin 25-dən çox şəhərində birliyin strateji tərəfdaşlığının inkişafına yönəlmiş 350-dən artıq yüksək səviyyəli görüş və tədbir təşkil olunub.

Bu tədbirlər üç əsas istiqaməti əhatə edib: siyasət və təhlükəsizlik, iqtisadiyyat və maliyyə, eləcə də mədəni və humanitar əlaqələr.

Hindistan Xarici İşlər Nazirliyi bildirib ki, keçirilən tədbirlər, həmçinin biznes və insanlararası əlaqələrin inkişafına yönəlmiş təşəbbüslər BRİKS daxilində əməkdaşlığın dərinləşməsinə və praktiki nəticələrin əldə edilməsinə töhfə verib.

Qeyd edək ki, Hindistan daha əvvəl də 2012, 2016 və 2021-ci illərdə BRİKS-ə sədrlik edib.

Humay Eminqızı

Oxşar xəbərlər