- 12:25
Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinə son sutka ərzində 118 dəfə hücum edib.
E-huquq.az xəbər verir ki, bu barədə regionun qubernator səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Şuvayev məlumat yayıb.
O bildirib ki, zərbələr Borisov, Valuyki, Şebekino rayonları da daxil olmaqla 12 rayona endirilib.
Hücum nəticəsində ikisi yeniyetmə olmaqla 16 nəfər xəsarət alıb.
Şuvayev bildirib ki, 134 pilotsuz uçuş aparatı Rusiya ordusu tərəfindən zərərsizləşdirilib.
Humay Eminqızı