- 12:12
Yunanıstanda bir həftə ərzində Qərbi Nil virusuna 75 yeni yoluxma faktı aşkar edilib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ilin əvvəlindən bəri ölkədə Qərbi Nil virusu səbəbindən həyatını itirənlərin sayı 19 nəfərə çatıb.
Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzinin məlumatlarına görə, Yunanıstan İtaliyadan sonra Qərbi Nil virusuna yoluxma hallarının ən çox qeydə alındığı ölkədir.
Yunanıstanda bu virusun geniş yayılmasının səbəbləri arasında ölkənin coğrafi mövqeyi, ağcaqanadların il boyu yaşamasına imkan verən iqlim şəraiti və bəzi bələdiyyələrdə ağcaqanadlarla mübarizə proqramlarının mövcud olmaması yer alır.
Humay Eminqızı