Rusiya sutka ərzində Ukraynaya məxsus 591 PUA vurub


  • 14:25

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri son sutka ərzində Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarə tipli 591 pilotsuz uçuş aparatını (PUA) vurub.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, 19 idarə olunan aviabomba, 2 ABŞ istehsalı olan “HIMARS” reaktiv yaylım atəşi sistemlərindən buraxılmış raket də məhv edilib.

Nazirlikdən bildirilib ki, xüsusi hərbi əməliyyatlar başladığı gündən 220 658 pilotsuz uçuş aparatı (PUA), 70 338 ədəd xüsusi hərbi avtomobil texnikası, 36 284 səhra artilleriya qurğusu və minaatan, 30 734 ədəd tank və digər zirehli döyüş texnikası, 1 775 ədəd raket əleyhinə müdafiə sistemi, 674 təyyarə, 669 zenit-raket kompleksi və 284 helikopter məhv edilib.

Humay Eminqızı

Oxşar xəbərlər