Amurda yanğın nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb


  • 15:14

Rusiyada Amur qaz-kimya kompleksinin tikinti meydançasında baş verən yanğında ölənlərin sayı 15 nəfərə çatıb.

E-huquq.az xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, həyatını itirənlərdən 14 nəfər xarici ölkə vətəndaşıdır.

Hazırda xəstəxanalarda 39 yaralı müalicə alır.

Amur qaz-kimya kompleksinin ərazisində təcili bərpa işlərinə başlanılıb.

Şirkət qeyd edib ki, Amur qaz-kimya kompleksi qanunvericiliklə tələb olunan kompensasiyadan əlavə, həlak olanların ailələrinə və xəstəxanaya yerləşdirilən şəxslərə ödənişlər həyata keçirəcək.

Humay Eminqızı

Oxşar xəbərlər