- 10:14
Norveç kralı V Harald Oslodakı xəstəxanada 89 yaşında vəfat edib.
E-huquq.az xəbər verir ki, bu barədə Kral Sarayının mətbuat xidməti məlumat yayıb.
"V Harald vəfat edib. Əlahəzrət kral Haraldın bu gün vəfat etdiyini dərin kədərlə bildiririk”, - deyə məlumatda qeyd olunub.
89 yaşlı kralın səhhəti avqustun 17-də psiləşdiyi üçün o, xəstəxanaya yerləşdirilib. Avqustun 27-də Kral Sarayı onun vəziyyətinin çox ağır qiymətləndirildiyini açıqlamışdı.
Qluksburqlar sülaləsindən olan kral 1991-ci ildən taxtda idi. Taxt-taca onun 53 yaşlı oğlu, vəliəhd şahzadə Hokondan keçəcək.
Humay Eminqızı