- 13:26
Rusiya ordusu Ukraynanın Kiyev vilayətindəki və Odessa limanındakı hərbi anbarlara zərbələr endirdiklərini açıqlayıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin bəyanatında bildirilir ki, Rusiya ordusu Ukrayna hərbçiləri tərəfindən istifadə olunan logistika mərkəzlərinə və Ukrayna limanlarına hücumları davam etdirir.
Məlumata görə, gecə saatlarında Kiyev vilayətində yanacaq və qanadlı raketlərin komponentlərinin saxlandığı anbara, həmçinin Odessa limanındakı altı hərbi anbara zərbələr endirilib.
Hücumların pilotsuz uçuş aparatları (PUA) vasitəsilə həyata keçirildiyi də əlavə edilib.
Humay Eminqızı