- 13:26
Qazaxıstanın ali məşvərətçi orqanı olacaq Qazaxıstan Xalq Şurasının 2026-cı ilin sentyabrında yaradılması planlaşdırılır.
E-huquq.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev açıqlayıb.
Onun sözlərinə görə, Qazaxıstan Xalq Şurası sentyabrın ikinci yarısında formalaşdırılacaq. Yeni qurum ölkənin etnik, regional, sosial və ictimai-siyasi müxtəlifliyini əks etdirəcək.
"Bu, Qazaxıstan tarixində ilk ali məşvərətçi orqandır. Mahiyyət etibarilə, bu, unikal bir qurumdur", - deyə Tokayev bildirib.
Prezident xatırladıb ki, konstitusion orqana qanunvericilik təşəbbüsü hüququ verilib.
"Beləliklə, kifayət qədər qısa müddət ərzində hakimiyyətin demək olar ki, bütün əsas institutları yenilənəcək və bu da gələcək islahatlarımıza güclü təkan verəcək”, – deyə Tokayev vurğulayıb.
Humay Eminqızı