İstanbulda iki zəncirvari qəzada 10 nəfər xəsarət alıb


  • 13:04

Türkiyənin İstanbul şəhərində güclü yağışdan sonra zəncirvari yol qəzaları baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbulda yağan güclü yağışdan sonra Esenyurtda 11 avtomobilin zəncirvari toqquşması nəticəsində 6 nəfər yaralanıb.

Bundan başqa Üsküdarın Uzunçayır məhəlləsində 3 avtomobilin toqquşması nəticəsində 4 nəfər yaralanıb.

Məlumat verildikdən sonra polis, tibb və yanğınsöndürmə briqadaları hadisə yerinə göndərilib.

Tibb briqadaları ilkin tibbi yardım göstərdikdən sonra xəsarət alanları yaxınlıqdakı xəstəxanalara çatdırıb.

Humay Eminqızı

Oxşar xəbərlər