ABŞ hökuməti Venesuela neftindən pay əldə etmək üçün danışıqlar aparır


  • 13:26

ABŞ hökuməti Venesuelanın müvəqqəti hökuməti ilə ölkənin neft ehtiyatlarında mülkiyyət payı əldə etmək məqsədilə danışıqlar aparır.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən danışıqlar ABŞ Dövlət Katibi Marko Rubio və Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriges arasında aparılır.

Prosesdə Ağ Ev Aparatı rəhbərinin müavini Stiven Miller də iştirak edir.

Rəsmilərin sözlərinə görə, Venesuelanın neft ehtiyatlarında mülkiyyət payı əldə etməyi hədəfləyən danışıqlar Karakasın təxminən 300 milyard barel həcmindəki təsdiqlənmiş ehtiyatlarının hamısını deyil, təxminən 90 milyard barel ehtiyata malik 10-dan çox aktiv neft yatağını əhatə edir.

Rəsmi Vaşinqtonun Venesuela ehtiyatlarına çıxış əldə etməsinin ABŞ-nin neft ehtiyatlarını ikiqat artıra biləcəyini qeyd edən rəsmilər, bu sazişi tarixi saziş kimi xarakterizə ediblər.

Planlaşdırılan razılaşmaya əsasən, ABŞ həmin yataqlarda mülkiyyət payı əldə edəcək, özəl şirkətlər (o cümlədən ABŞ şirkətləri) isə bu ərazilərdə fəaliyyət göstərərək Venesuela hökuməti üçün əlavə gəlir yaradacaqlar.

Humay Eminqızı

Oxşar xəbərlər